Bakutel 2016
Yeni nəsil telekommunikasiya şirkəti olmaq məqsədilə restrukturizasiya edilərək göstərdiyi xidmətlərin keyfiyyət və kəmiyyətini əhəmiyyətli dərəcədə artıran "AzInTelecom" şirkəti yenilənmiş sima və iş prinsiplərini "Bakutel-2016" sərgisində nümayiş etdirir.
29 Noyabr 2016
29 - 2 Dekabr
Bakı Ekspo Mərkəzi
Bakutel sərgisi
BakuTel sərgisi keçirildiyi illər ərzində ölkənin telekommunikasiya bazarının ayrılmaz hissəsi olan aparıcı hadisəyə çevrilmişdir. Sərgi telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərini nümayiş etdirmək, qeyri-adi ideya və layihələri təqdim etmək, habelə müzakirələr, danışıqlar və yeni-yeni uğurların təməlini təşkil edən biznes münasibətlərini qurmaq üçün təşkil edilmiş bir platforma olaraq bir çox ölkənin mütəxəssis, ekspert və sahə peşəkarlarının hər il diqqətini cəlb edir.

2
məhsul
3
gün
4000
iştirakçı
Qısa təsvir
Ənənəvi olaraq, beynəlxalq səs trafikinin mübadiləsi və tənzimlənməsi, eləcə də, Azərbaycana idxal olunan telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması üzərində mütəxəssisləşən AzInTelecom-un xidmət sahələrinə yenicə istifadəyə verilmiş və Cənubi Qafqaz Regionunun yeganə TIER III və İSO 20000 sertifikatlarına malik Data Mərkəzi nəzdində "İnfrastruktur xidmət kimi" (İaaS) əsaslı xidmətlər də əlavə olunub.
Mediya
Qalereya