Bakutel 2018
AzInTelecom üçün 2019-cu ilin "SaaS ili" (proqram təminatı xidmətləri) elan olunması çərçivəsində təqdim etdiyi yeni məhsulların əyani şəkildə nümayişi və test olunması həyata keçirilib, eyni zamanda ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.
4 Dekabr 2018
4 - 7 Dekabr
Bakı Ekspo Mərkəzi
Bakutel sərgisi
BakuTel sərgisi keçirildiyi illər ərzində ölkənin telekommunikasiya bazarının ayrılmaz hissəsi olan aparıcı hadisəyə çevrilmişdir. Sərgi telekommunikasiya və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərini nümayiş etdirmək, qeyri-adi ideya və layihələri təqdim etmək, habelə müzakirələr, danışıqlar və yeni-yeni uğurların təməlini təşkil edən biznes münasibətlərini qurmaq üçün təşkil edilmiş bir platforma olaraq bir çox ölkənin mütəxəssis, ekspert və sahə peşəkarlarının hər il diqqətini cəlb edir.
7
məhsul
4
gün
5000
iştirakçı
Qısa təsvir
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə ayrıca stendlə təmsil olunan AzInTelecom üçün 2019-cu ilin "SaaS ili" (proqram təminatı xidmətləri) elan olunması çərçivəsində təqdim etdiyi yeni məhsulların əyani şəkildə nümayişi və test olunması həyata keçirilib, eyni zamanda ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin AzInTelecom Microsoft ilə əməkdaşlığı çərçivəsində Data Mərkəzi üzərindən təqdim etdiyi Microsoft məhsulları barədə məlumat verib. Bu məhsullar vasitəsilə müştərilər Data Mərkəzində virtual mühitdən istifadə zamanı lisenziyalaşdırılmış Microsoft Windows Server əməliyyat sistemindən, məlumat bazasının idarə edilməsi üçün SQL Server və poçtun idarə edilməsi üçün Exchange Server proqram təminatlarından faydalana biləcəklər.
Media
Qalereya